• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qvardiola xəstəliyini açıqladı

İDMAN

13 Dekabr 2024 | 09:43

Qvardiola xəstəliyini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola səhhətində problemlər yaşadığını açıqlayıb.

Bakıvaxtı.az bu barədə “talkSPORT”a istinadən xəbər verir.

“Mənim dəri problemlərim var. İki-üç il antihistamin (allergiya əleyhinə preparat) qəbul etməliyəm. Əsəbiləşən adamam. Pis günlərim olur, çox səhv edirəm. Bəzən özümü itirirəm. Yaxşı yatmıram və həzm problemim var. Həmişə yüngül yeməklər yemək lazımdır. Axşamlar yalnız şorba içməliyəm”, - deyə Qvardiola bildirib.

Xatırladaq ki, “Mançester Siti” Çempionlar Liqasının 6-cı turunda “Yuventus”a 0:2 hesabı ilə məğlub olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026