• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ançelottidən Arda ilə bağlı pis xəbər

İDMAN

11 Yanvar 2025 | 22:15 | Müəllif: Subhan Mahmudov

Ançelottidən Arda ilə bağlı pis xəbər

Oktyabr ayındakı görüşü düşünməliyik, çünki bizi məğlub etdilər. Olanları dəyərləndirəcəyik. “El-Klassiko” həmişə bir “Klassikodur” və final oyunu olduğu üçün daha çox təzyiq var.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti sabah keçiriləcək İspaniya Superkubokunun final matçını şərh edərkən deyib.

K.Ançelotti heyətdə sürpriz etməyəcəyini bildirib. Bu isə Türkiyə millisinin üzvü Arda Gülərin sabahkı qarşılaşmada əsas heyətdə yer almayacağına bir işarədir.

Qələbə qazanmaq şansını dəyərləndirən Ançelotti keyfiyyətin komanda balansından daha çox önəmli olduğunu bildirib.

Qeyd edək ki, sözügedən görüş sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026