• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Araz-Naxçıvan" - "Kəpəz" oyunu qolsuz başa çatdı

İDMAN

10 Fevral 2025 | 18:21 | Müəllif: Subhan Mahmudov

"Araz-Naxçıvan" - "Kəpəz" oyunu qolsuz başa çatdı

Futbol üzrə Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Kəpəz"i qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra Naxçıvan təmsilçisi 44 xalla 2-ci, Gəncə klubu 18 xalla 9-cudur.

Günün son oyununda "Zirə" öz meydanında "Neftçi"ni sınağa çəkəcək. Görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, XXII turun əvvəlki oyunlarında “Sumqayıt” səfərdə “Şamaxı”ya 1:0, “Turan Tovuz” isə “Sabah”a 1:2 hesabı ilə uduzub. Tura fevralın 11-də keçiriləcək "Qarabağ"-"Səbail" matçı ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR