• Bakı 11° C

    13.89 m/s

  • USD - 1.7

    EUR - 1.7711

    RUB - 1.629

Real Madrid prezidenti UEFA-nı sərt tənqid etdi

İDMAN

24 Noyabr 2024 | 19:31

Real Madrid prezidenti UEFA-nı sərt tənqid etdi

"UEFA qarşılığını ödəmədən istədiyini edən bir orqanizasiyadır".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Real"ın prezidenti Florentino Perez deyib.

Onun sözlərinə görə, tarixdə ilk dəfəydi ki, Balon D'Or mükafatının verilməsində məhz UEFA əməkdaşlıq etmiş oldu:

"İlk öncə onu söyləmək istərdim ki, Rodri həqiqətən böyük futbolçudur və Balon D'Or-u haqq edir, amma bu il yox, məhz keçən il almalıydı. Bu titulu bu il "Real Madrid" futbolçusu haqq edirdi. Tarixdə ilk dəfəydi ki, Balon D'Or mükafatının verilməsində məhz UEFA əməkdaşlıq etmiş oldu. Namibiya, Uqanda, Albaniya və ya Finlandiya kimi ölkələrin səsi olmasaydı Vinicius bu titulu qazanmış olardı. Hələ ardın gətirə bilərəm ki, bu ölkələr ümumiyyətlə Vinicius'a səs verməyiblər. Hətta bir səs belə (gülür). Ən azından finlandiyalı jurnalist öz postunu tərk etdi və bir daha münsiflər heyətində yer almayacağını söylədi. Bunu təqdir edirik. UEFA qarşılığını ödəmədən istədiyini edən bir orqanizasiyadır. France Football və Lequipe'dən UEFA ilə birləşməyin məntiqli olub-olmadığını soruşmaq istərdim. Balon D'Or müstəqil bir titul olmalı və tanınmayan insanlar tərəfindən səs verilməlidir".


SON XƏBƏRLƏR

23 Noyabr 2024