Futbol üzrə Rusiya millisi 2030-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak edə bilər.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Dmitri Çernışenko deyib.
O, Rusiya Futbol İttifaqının bu məsələ ilə bağlı strategiya hazırladığını bildirib.
Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiya yığması Ukrayna ilə müharibə səbəbindən FIFA və UEFA-nın bayrağı altında təşkil olunan turnirlərdən kənarlaşdırılıb. DÇ-2030-un İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi planlaşdırılır.