Millimizin üzvü Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubundan ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı hücumçu İsveçrənin "Qrasshopper" komandasına keçib. Klubun rəsmi saytı Dadaşovla ilə 2+1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə də icarə əsasında "Qrasshopper"də çıxış edib. Forvard ötən mövsümü icarə əsasında Portuqaliya “Tondela”sında keçirib.
















