• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Mançester Yunayted” Premyer Liqaya uğursuz başladı – VİDEO

İDMAN

07 Avqust 2022 | 19:23

“Mançester Yunayted” Premyer Liqaya uğursuz başladı – VİDEO

İngiltərə Premyer Liqasında ilk turun növbəti qarşılaşmaları baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, turnirin iddialı kollektivlərindən olan “Mançester Yunayted” doğma meydanda “Brayton”u qəbul edib.

“Old Trafford”dakı yeni mövsümün ilk matçı “qırmızı şeytanlar” üçün uğursuz olub. Belə ki, Ten Haqın yetirmələri 1:2 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, ev sahibi komandanın hücumçusu Kriştianu Ronaldu qarşılaşmada iştirak etməyib. Baş məşqçi bunu futbolçunun hələ lazımi formada olmaması ilə əlaqələndirib və Ronaldunun əsas heyətə düşmək üçün bir müddət çalışmalı olduğunu bildirib.

Paralel keçirilən “Lester” – “Brentford” görüşündə isə qalib müəyyənləşməyib – 2:2

İngiltərə Premyer Liqası

I Tur

“Mançester Yunayted” - “Brayton” 1:2

“Lester Siti” – “Brentford” 2:2


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026