• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Nazim Süleymanov Rusiya klubunda

İDMAN

06 Sentyabr 2022 | 18:13 | Müəllif: Subhan Mahmudov

Nazim Süleymanov Rusiya klubunda

Nazim Süleymanovun işsiz günləri başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, xeyli vaxtdır Rusiyada olan təcrübəli mütəxəssis vaxtilə futbolçu kimi parladığı ölkədə çalışacaq.

Süleymanov bir qədər öncə “Ximki” ilə müqavilə bağlayıb. Lakin o, əsas komandanı yox, U-19-u çalışdıracaq.

Nazim bəy Ximkidə böyük rəğbət və sevinclə qarşılanıb. Onun bu kluba keçidi “Ximki”nin səhmdarlarından olan Tufan Sadıqovun istəyi sayəsində baş tutub.

57 yaşlı çalışdırıcı futbolçu kimi Rusiyanın “Alaniya” və “Jemçujina” komandalarının şərəfini qoruyub. Məşqçi kimi “Xəzər Lənkəran”, AZAL, “Neftçi” və “Sumqayıt”ı çalışdırıb, Azərbaycanın U-19 millisinə rəhbərlik edib.

O, sonuncu dəfə dörd il əvvəl “Sumqayıt”da iş başında olub. (Sports.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026