• Bakı 18° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi

İDMAN

06 Oktyabr 2022 | 13:25

AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi.

Bakıvaxtı.az xəbər verir ki, Misli Premyer Liqasının VIII turunun “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

VIII turun “Qarabağ” – “Neftçi” oyununun 54-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün “Qarabağ” klubu 4000 manat cərimə olunur (maddə 41.7);

54-cü dəqiqədə “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün “Neftçi” klubu 4000 manat cərimə olunur (maddə 41.7);

VIII turun “Sumqayıt” – “Kəpəz” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən oyunun başlanmasına bir dəqiqə qalmış (17:59) meydançaya kənar əşyalar atıldığına görə “Sumqayıt” klubu 1600 manat cərimə olunur (maddə 51.1);

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR