• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat alıb

İDMAN

06 Sentyabr 2022 | 13:36 | Müəllif: Subhan Mahmudov

Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 35 yaşlı baş hakim Avstriyada “Şturm” (Qrats) və Danimarka “Midtüllan”ı arasında keçiriləcək I tur matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmrəli yardımçı olacaq. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-də “Sturmstadion Liebenau” arenasında təşkil olunacaq F qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026