"Barselona"nın futbolçusu Frank Kessye zədələnib.
Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin sağ bud əzələsi zədələnib. O, La Liqanın 8-ci turuna "Selta"ilə oyunu buraxacaq.
Qeyd edək ki, oktyabrın 9-u keçiriləcək "Barselona" - "Selta" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
















