• Bakı 17° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

"Qarabağ"ın rəqibinin baş məşqçisi koronaya yoluxdu

İDMAN

05 Oktyabr 2022 | 16:56

"Qarabağ"ın rəqibinin baş məşqçisi koronaya yoluxdu

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Frayburq” baş məşqçisini itirib.

Bakıvaxtı.az xəbər verir ki, Bundesliqa təmsilçisinin çalışdırıcısı Kristian Ştrayx koronavirusa yoluxub.

Tibbi testlərin ardından 57 yaşlı mütəxəssisin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən karantinə alınan almaniyalı Avropa Liqasının III turunda “Nant”la sabah keçiriləcək görüşdə texniki zonadakı yerini tuta bilməyəcək.

Qeyd edək ki, “Frayburq” Avropa Liqasının ilk iki turunda “Qarabağ”a 2:1, “Olimpiakos”a isə 3:0 hesabı ilə qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR