• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Frayburq" - "Qarabağ" oyununun hakimləri açıqlandı

İDMAN

06 Sentyabr 2022 | 12:19

"Frayburq" - "Qarabağ" oyununun hakimləri açıqlandı

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununun təyinatları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Erik Lambrechtsə Jo de Weirdt və Mathias Hillaert laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Wim Smet yerinə yetirəcək.

VAR hakimləri fransalı Benoît Millot və Willy Delajod olacaq.

Qarşılaşmanın hakim-inspektoru İspaniyalı David Fernández Borbalán, UEFA nümayəndəsi isə ingiltərəli Jonathan Leesedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026