• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Qarabağ”ın rəqibi Marselonu azarkeşlərinə təqdim etdi – VİDEO

İDMAN

06 Sentyabr 2022 | 00:33 | Müəllif: Subhan Mahmudov

“Qarabağ”ın rəqibi Marselonu azarkeşlərinə təqdim etdi – VİDEO

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u yeni transferi Marselonu ictimaiyyətə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki,müvafiq görüntüləri jurnalist Fabrisio Romano yayıb.

“Georgios Karaiskakis” stadionundakı təqdimat mərasimində azarkeşlər də iştirak ediblər.

Fanatlar ailəsi ilə birlikdə arenaya daxil olan 34 yaşlı müdafiəçini böyük coşqu ilə qarşılayıblar.

Marselo yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb. O, “Olimpiakos”da 12 nömrəli formanı geyinəcək. Braziliyalı oyunçu 2007-ci ildən İspaniyada Madrid “Real”ının şərəfini qoruyub. Marselo bu müddət ərzində 6 dəfə La Liqanın, 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın “Frayburq” və Fransanın “Nant” komandaları da yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026