• Bakı 10° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Rəsul Quliyev Bakıya gələ bilər

SİYASƏT

10 Noyabr 2025 | 13:51

Rəsul Quliyev Bakıya gələ bilər

Bir həftəlik, yaxud 10 günlük Bakıya gələcəyəm.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-da mühacirətdə yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev Müsavat TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən ay qızı, həyat yoldaşı və nəvəsi Azərbaycana səfər edib.

“Ola bilsin, mən də bir həftəlik, yaxud bir aylıq Azərbaycana səfər edim. Baxaq da…” - deyə R.Quliyev vurğulayıb. Sabiq sədr azad olunmuş Qarabağa, Xankəndiyə getmək istədiyini deyib.

Eks-spiker ABŞ-dan birdəfəlik Azərbaycana yaşamaq üçün köçməyi istisna edib:

“Mənim bir aydan sonra 78 yaşım tamam olur. Bu çox böyük yaşdır. Gəlib Azərbaycanda nə edəcəyəm? Övladlarım, nəvələrim Amerikada işləyir, yaşayır. Onlar daha Azərbaycana köçüb yaşayası deyillər. Gələndə də səfərə gəlib qayıda bilərlər”.


SON XƏBƏRLƏR

10 Dekabr 2025