• Bakı 10° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Ronaldu Trampa zəng etdi

DÜNYA

07 Dekabr 2025 | 11:19

Ronaldu Trampa zəng etdi

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu ABŞ Prezidenti Donald Trampa zəng edərək Ağ Evə ekskursiya üçün ona təşəkkürünü bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp qeyd edib ki, Ronaldu şəxsən ona zəng vuraraq qonaqpərvərlik üçün təşəkkür edib. Futbolçu noyabrın ortalarında nişanlısı Corcina Rodriqeslə birlikdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın şərəfinə təşkil olunan rəsmi şam yeməyi çərçivəsində Ağ Evi ziyarət etmişdi.

"Necə inanılmaz bir insandır, təkcə idmançı kimi deyil, həm də insan olaraq. Daha yaxşısı ola bilməz", – Tramp yazıb.


SON XƏBƏRLƏR

02 Aprel 2026