“Qazprom” “Şimal axını” ilə qaz nəqlini dayandıracaq.
Bakıvaxtı.az xəbər verir ki, şirkətdən TASS-a verilən açıqlamaya görə, yeganə işlək qaz nasos qurğusunun təmiri ilə əlaqədar avqustun 31-dən sentyabrın 2-dək boru xətti ilə Avropaya qazın verilişi tamamilə dayandırılacaq.
Həmçinin, bildirilib ki, təmir işləri başa çatdıqdan və aqreqatda texniki nasazlıq olmadıqdan sonra qazın nəqli gündəlik 33 milyon kubmetrə çatdırılacaq.(oxu.az)
















