• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Rusiya-Gürcüstan danışıqları BAŞLADI

DÜNYA

06 Oktyabr 2022 | 00:50 | Müəllif: Subhan Mahmudov

Rusiya-Gürcüstan danışıqları BAŞLADI

Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması ilə bağlı Rusiya-Gürcüstan danışıqlarının yeni mərhələsi 10 aylıq fasilədən sonra Cenevrədə baş tutub.

Bakıvaxtı.az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan XİN rəhbərinin müavini Laşa Darsaliya məlumat yayıb.

Danışıqlarda Gürcüstan nümayəndə heyətinə başçılıq edən Laşa Darsaliya bildirib ki, Cenevrədə danışıqların aparılması ilk növbədə ona görə vacib nailiyyətdir ki, Gürcüstan-Rusiya münaqişəsi beynəlxalq ictimaiyyətin gündəliyində əsas məsələlərdən biridir:

"Gürcüstanın Avropa Birliyi, BMT, ATƏT və ABŞ-dan olan tərəfdaşlarının səyləri bu gün keçirilən danışıqların baş tutmasında vacibdir".

Qeyd edək ki, Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması üçün beynəlxalq səviyyəli müzakirələr 2008-ci ildən etibarən Cenevrədə həyata keçirilir və BMT, AB və ATƏT-in xüsusi nümayəndələrinin vasitəçiliyi ilə Abxaziya, Rusiya, Gürcüstan, Cənubi Osetiya və ABŞ danışıqlarda iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR