ABŞ Prezidenti Cozef Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski, Prezident Aparatının rəhbəri Andrey Yermak və müdafiə naziri Aleksey Reznikovla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.Sallivan iqtisadi və humanitar yardımın davam etdiriləcəyini təsdiqləyib.
Daha əvvəl “Bloomberg“ mənbələrə istinadən xəbər vermişdi ki, Sallivan noyabrın 4-də Kiyevə elan olunmamış səfər edib.
***04 noyabr, 23:22
ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bu gün elan olunmamış səfərlə Ukraynaya gəlib.
Bakıvaxtı.az bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.
Ağ Ev rəsmisi Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və onun ofisinin rəhbəri Andrey Yermakla görüş keçirib.
Görüşlərdə müzakirə edilən mövzular, eləcə də səfərin digər təfərrüatları açıqlanmayıb.
ABŞ administrasiyası hələlik agentliyin dərc etdiyi məlumata rəsmi münasibət bildirməyib.(report)
















