• Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Fransada qar avtomobil yollarını iflic edib

DÜNYA

04 Dekabr 2022 | 23:27 | Müəllif: Subhan Mahmudov

Fransada qar avtomobil yollarını iflic edib

Güclü qar Fransanın cənubundakı Lozer departamentində A75 avtomobil yolunda nəqliyyatın hərəkətini iflic edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TF1 telekanalı hadisə şahidlərinin videolarına istinadən məlumat yayıb.

Kanalın saytında yer alan videolardan görünür ki, onlarla avtomobil qarla örtülü uzun tıxacda qalıb. Buna baxmayaraq, tək-tək minik avtomobilləri yolun əks tərəfində yavaş-yavaş bir-birinə doğru irəliləyir.

Telekanal qonşu Qard departamentində A75 magistralının qarla örtülmüş hissəsinin başqa bir istifadəçi tərəfindən çəkilmiş fotosuna da istinad edir. Sıx qar örtüyünün olduğu kiçik yollarda da sürücülər ciddi problemlərlə üzləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026