Hazırda Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş ilə bağlı təcili plan yoxdur.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Əl Cəzirə" kanalına müsahibəsində Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
İ.Kalın R.Ərdoğanla B.Əsədin görüşünün olub-olmayacağını və nə vaxt olacağını bilmədiyini bildirib.
"Belə bir görüşlə bağlı təcili planımız yoxdur", - deyə o qeyd edib.
















