• Bakı 21° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Rusiyada bina çökdü - 6 ölü, çox sayda yaralı -YENİLƏNİB

DÜNYA

04 Dekabr 2022 | 20:26

Rusiyada bina çökdü - 6 ölü, çox sayda yaralı -YENİLƏNİB

Rusiyada beşmərtəbəli binada çökmə və dağıntı nəticəsində ölənlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, Nijnevartovskda beşmərtəbəli binanın ikinci və üçüncü mərtəbəsində çökmə və dağıntı nəticəsində ölənlərin sayı 6-ya çatıb.

***18:37

Rusiyada beşmərtəbəli binada çökmə və dağıntı nəticəsində ölənlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, Nijnevartovskda beşmərtəbəli binanın ikinci və üçüncü mərtəbəsində çökmə və dağıntı nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Xəstəxanaya yerləşdirilən 3 nəfərdən ikisinin durumu isə ağırdır.

***18:10

Rusiyanın Nijnevartovsk şəhərində yaşayış binasında iki mərtəbənin uçması nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb. 

Bakıvaxtı.az xəbər verir ki, Rusiyanın Nijnevartovsk şəhərinin Mira küçəsində beşmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələri uçub.

Son məlumatlara görə, bir nəfər ölüb, daha 10 nəfər yaralanıb. 

Evin daha 52 sakini təxliyə edilib. Təcili yardım xidmətləri dağıntılar altında insanların ola biləcəyini istisna etmir.

İlkin məlumatlara görə, mənzillərdən birində məişət qazının partlaması baş verib və nəticədə evin bir neçə mərtəbəsi uçub.

Hazırda əməliyyat xidmətlərinin nümayəndələrinin cəlb olunduğu fövqəladə hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. 

 

 


SON XƏBƏRLƏR