• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ərdoğan NATO Baş katibi ilə görüşdü - YENİLƏNİB

DÜNYA

05 Noyabr 2022 | 00:05 | Müəllif: Subhan Mahmudov

Ərdoğan NATO Baş katibi ilə görüşdü - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar hərəkətləri, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi müzakirə edilib.

Ərdoğan bildirib ki, Türkiyə taxıl dəhlizinin fəaliyyətinin bərpa olunmasından sonra diqqətini sazişin uzadılmasına yönəldəcək.

Türkiyə lideri İsveç və Finlandiyanın NATO-ya daxil olmasına dair prosesin iki ölkənin atacağı addımlardan asılı olduğunu vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bölgədə gərginliyi artıran Yunanıstan ehtiyatlı davranaraq dialoqa qayıtmalıdır.

 

***18:27

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş başlayıb.

Bakıvaxtı.az xəbər  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə Türkiyə-NATO münasibətləri, Ukraynada davam edən müharibə, taxıl dəhlizi və digər məsələlər müzakirə ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026