• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Sui-qəsdi öncədən bilirdim” - İmran Xan

DÜNYA

04 Noyabr 2022 | 23:44 | Müəllif: Subhan Mahmudov

“Sui-qəsdi öncədən bilirdim” - İmran Xan

İmran Xan sui-qəsd planını əvvəlcədən bildiyini etiraf edib. 

Bakıvaxtı.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Xan hadisədən sonra ilk dəfə kamera qarşısına çıxıb və jurnalistlərin suallarını cavablandırıb.

O, hadisəsinin baş verəcəyindən xəbərdar olduğunu bildirib:

"Vəzirabad və Qucrat arasında bir yerdə məni öldürmək planının olduğunu öyrənmişdim. Keçmiş Pəncab valisi Salman Tasirə qarşı istifadə etməyə çalışdıqları üsullardan yararlandılar, camaatı təhrik etmək üçün məni küfrdə ittiham etdilər".

Qeyd edək ki, noyabrın 3-ü Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd cəhdi olub. Naməlum şəxs onun içərisində olduğu avtomobilə atəş açıb. Hadisəni törədən şəxs saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026