• Bakı 19° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Rusiya Ukraynada "Patriot"a uduzdu - Podolyak

DÜNYA

21 May 2023 | 09:24 | Müəllif: Subhan Mahmudov

Rusiya Ukraynada "Patriot"a uduzdu - Podolyak

"Patriot" sistemlərindən səmərəli istifadə etməklə Ukrayna artıq rusları hava müharibəsində məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Tarix dərsliklərində yazılacaq ki, Rusiya Ukraynaya və "Patriot"a uduzdu. Bu, fantastik səslənir. Bununla belə, ümumiyyətlə, "bizim nəyisə etməyə haqqımız var, ya yox" kimi ritorikadan qurtulmaq lazımdır. Bizim hər şeyi etməyə haqqımız var. "Patriot" tamamilə yaxşı vəziyyətdədir. Onun orada heç bir problemi yoxdur. O, Kiyevin səmasını qorumağa davam edəcək”, - Podolyak bildirib.

Podalyak qeyd edib ki, Ukraynanın bu gün etdiyi hər şey beynəlxalq hüquq çərçivəsində və tamamilə qanunidir:"Bizim işğal olunmuş ərazilərdə hər şeyi vəhşicəsinə məhv etmək hüququmuz var”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026