• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Mixail Qusman Moskvada Ərdoğan haqqında filmi təqdim etdi

DÜNYA

19 Iyun 2023 | 20:30 | Müəllif: Qalib İbrahimoğlu

Mixail Qusman Moskvada Ərdoğan haqqında filmi təqdim etdi

Moskvada TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Türkiyə diplomatik missiyasında Prezident Rəcəb Tayyib Ərdoğan haqqında filmi təqdim edib.

Film “Hakimiyyət formulu” silsiləsinin bir hissəsi kimi lentə alınıb.

Tədbirdə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko, bir sıra diplomatik missiyaların rəhbərləri iştirak ediblər.

Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar Qusmanın peşəkarlığını qeyd edərək Türkiyə liderinin həyat və siyasi karyerasından bəhs edən bu xüsusi layihənin yaradılmasına görə minnətdarlığını bildirib. Diplomatik missiyanın rəhbəri Ərdoğanın özünün “Daha ədalətli bir dünya mümkündür” kitabını da tədbir iştirakçılarına təqdim edib.

Mənbə: TASS


Mixail Qusman Moskvada Ərdoğan haqqında filmi təqdim etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026