Rusiya Prezidenti Vladimir Putin BRICS sammitində videokonfrans formatında iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Dmitri Peskov bildirib.
"Rusiya Prezidenti videokonfrans formatına baxmayaraq, sammitdə tam şəkildə iştirak edəcək. Rusiya xarici işlər naziri S.Lavrov isə BRICS sammitində Rusiyanı şəxsən təmsil edəcək", - deyə o əlavə edib.
















