Türkiyədə sərnişin avtobusu aşıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Artvin şəhərinin Yusufeli rayonunda qeydə alınıb.
Məlumata görə, qəzaya səbəb avtobusun təkərinin partlaması olub.
Hadisə nəticəsində 15 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
















