• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Malyar: Bu ərazilərdə qızğın döyüşlər gedir

DÜNYA

17 Sentyabr 2023 | 10:02 | Müəllif: Subhan Mahmudov

Malyar: Bu ərazilərdə qızğın döyüşlər gedir

Hazırda Baxmutun cənubunda hücum əməliyyatları davam edir, düşmən Donetsk vilayətinin Yaqodnoye və Boqdanovka ərazilərində müdafiəmizi yarmağa cəhd göstərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, şərqdə hazırda ən aktiv hərbi əməliyyatlar Baxmut istiqamətində aparılır:

"Orada Baxmutun cənubunda hücum əməliyyatları davam edir. Düşmən Donetsk vilayətinin Yaqodnoye və Boqdanovka ərazilərində müdafiəmizi yarıb keçməyə cəhd göstərib, Marinka bölgəsində uğursuz hücum əməliyyatları həyata keçirib. Onlar qoşunlarımızı mövqelərindən sıxışdırıb çıxarmağa çalışır. Amma uğursuz olur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026