• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayden: "Rusiya hakimiyyətini çökdürmək üçün..."

DÜNYA

17 Oktyabr 2023 | 10:02 | Müəllif: Subhan Mahmudov

Bayden: "Rusiya hakimiyyətini çökdürmək üçün..."

ABŞ-ın 80 yaşlı prezidenti Co Bayden CBS telekanalına müsahibəsində bəyan edib ki, ikinci prezidentliyi müddətindəki planında Avropanı birləşdirmək və Rusiya hakimiyyətini çökdürmək niyyətindədir. 

"Təsəvvür edin, əgər bütün Avropanı birləşdirməyə nail olsaq, nəhayət ki, yaratdığı problemlərə görə Putini çökdürə bilərik"- deyə Ağ Evin sahibi bildirib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın hazırki prezidenti Co Bayden, artıq ikinci müddətə prezident seçilmək üçün 2024-cü ildə keçiriləcək prezident seçkilərində  namizədliyini irəli sürəcəyini elan edib. "Mən dörd il bundan əvvəl prezidentliyə namizədliyimi irəli sürərkən bildirmişdim ki, biz Amerikanın canı  üçün vuruşuruq və bu gün bunu edirik. Bax ona görə də, yenidən seçilmək üçün namizədliyimi irəli sürürəm"- deyə Bayden bildirib.

Seçkilərlə bağlı özünün yeni seçki komandasının hazırladığı video müraciətdə Bayden qeyd edir ki, "onun işi-amerikan demokratiyasının müdafiə olunmasıdır".

Bildirilir ki, Co Baydenin əsas rəqibi, keçmiş amerikan lideri Donald Tramp ola bilər.  ABŞ-ın Ali Məhkəməsi hələ də "qyamçı" kimi başı məhkəmə çəkişmələrinə qarışan Donald Trampın seçkilərdə iştirakına qadağa qoymayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026