• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Rusiyada hərbi hissə yandı

DÜNYA

16 Noyabr 2023 | 09:53 | Müəllif: Subhan Mahmudov

Rusiyada hərbi hissə yandı

Noyabrın 16-a gecə saatlarında Rusiyanın Volqoqrad vilayətində Kotluban kəndi yaxınlığındakı hərbi hissənin ərazisində yanğın baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Kanal yazıb ki, hərbi hissədə yanğın gecə saatlarında başlayıb. Hətta yanğının baş verdiyi ərazidə partlayış səsləri də eşidilib.

Volqoqrad qubernatoru Andrey Boçarov isə yanğının artıq söndürüldüyünü, xəsarət alanların olmadığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026