• Bakı 11° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Vuçiç Ərdoğanla görüşmək istəyir

DÜNYA

18 Avqust 2023 | 15:02 | Müəllif: Subhan Mahmudov

Vuçiç Ərdoğanla görüşmək istəyir

Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Budapeştə səfər etmək niyyətində olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Ankaranın Priştinaya pilotsuz təyyarələr və Kosovonun təhlükəsizlik qüvvələrinə silah verməsi fonunda münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

“Bizim üçün ünsiyyət saxlamaq, sadəcə təmasda olmaq yox, Türkiyə ilə mümkün olan ən yaxşı münasibətləri qurmağa çalışmaq vacibdir. Türkiyə regional super gücdür və inanıram ki, Budapeştdəki danışıqlar və Ərdoğanla ikitərəfli görüş əlaqələrimizin yaxşılaşdırılması istiqamətində bir addım olacaq”, - deyə Vuçiç qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026