• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Gümrüdəki bazasında təlimlərə başladı

DÜNYA

18 Avqust 2023 | 17:10 | Müəllif: Subhan Mahmudov

Rusiya Gümrüdəki bazasında təlimlərə başladı

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı bazasının Mi-8MTB-5 və Ka-52 helikopterlərinin heyətləri dağlıq ərazidə təlimlərə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsindən məlumat verilib.

“Pilotlar dağlıq əraziyə qrup uçuşlar həyata keçirib, orada bir sıra təlimlər, o cümlədən helikopterin hazırlıqsız yerə endirilməsi kimi hərəkətlər həyata keçiriblər”, - məlumatda bildirilib.

Təlimlərə bazanın 130 hərbi qulluqçusu, 25 texnika, o cümlədən Mi-8MTB-5 və Ka-52 helikopterləri cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026