• Bakı 24° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Rusiyada sərnişin qatarı qəzaya uğradı - YENİLƏNİB

DÜNYA

26 Iyun 2024 | 21:50

Rusiyada sərnişin qatarı qəzaya uğradı - YENİLƏNİB

Komidə Vorkuta-Novorossiysk qatarının 9 vaqonun relsdən çıxaraq aşması nəticəsində ölən olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat üzrə İstintaq Komitəsinin Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

“Ümumilikdə, qatar 232 sərnişini daşıyan 14 vaqondan ibarət olub, ilkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb”, - deyə xəbərdə vurğulanıb. 

İdarə hadisə nəticəsində 70 nəfərin yaralandığını qeyd edib. 


20:33

Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk xətti ilə hərəkət edən sərnişin qatarı qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yollarından məlumat verilib.

Məlumata görə, qatarın 9 vaqonu relsdən çıxıb.

Bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib və sərnişinlərə yardım üçün tədbirlər görülür.

“Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Bu istiqamətdə bütün qatarların hərəkəti dayandırılıb”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

29 Iyun 2024