• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Rusiyadan ABŞ-a koronavirus ittihamı

DÜNYA

05 Avqust 2022 | 15:08

Rusiyadan ABŞ-a koronavirus ittihamı

COVID-19-un mənbəyi ilə bağlı müzakirələrə yenisi əlavə edilib. Belə ki, Moskva haqqında çox danışılacaq bir iddia gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov bütün dünyaya təsir edən, insan həyatı və qlobal iqtisadiyyata xələl gətirən koronavirus epidemiyasında ABŞ-ı günahlandırıb. Onun sözlərinə görə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin yeni koronavirusun yaranmasında rol oynaması ehtimalını nəzərdən keçiriblər. İ.Kirillov iddia edir ki, Agentlik 2009-cu ildən bəri koronavirusun yeni ştamlarını öyrənən Predict proqramını maliyyələşdirir.

"ABŞ administrasiyasının dar məqsədli bioloji işini nəzərə alsaq və bu cür bəyanatlar bizi yeni koronavirus pandemiyasının səbəblərinə və ABŞ hərbi bioloqlarının koronavirusun yaranması və yayılmasındakı roluna bir daha nəzər salmağa vadar edir", - deyə İqor Kirillov qeyd edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

19 Aprel 2024