Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə etmə ehtimalı ilə Moskva və Vaşinqton potensial nüvə təhlükəsinin qarşısını almaq üçün addımlar atdılar.
Bakıvaxtı.az xəbər verir ki, digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Moskva ilə Vaşinqton arasında nüvə silahlarına nəzarətlə bağlı təmaslar əvvəlcədən elan edilə bilməz.
Bu mövzuda danışmağın "tez" olduğunu vurğulayan Peskov "Münasibətlərimizin toxuması çox incədir. Demək olmaz ki, dialoq var” deyib. 2010-cu ildə imzalanan Yeni START sazişi iki ölkənin yerləşdirdiyi strateji nüvə başlıqlarını maksimum 1550-yə qədər məhdudlaşdırırdı.
Aytac Aslan
















