• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Sabiq prezident ölkəyə qayıtdı

DÜNYA

30 Mart 2023 | 16:45

Sabiq prezident ölkəyə qayıtdı

Braziliyanın sabiq Prezidenti Jair Bolsonaro ABŞ-da üç ay qaldıqdan sonra sağçı müxalifətə rəhbərlik etmək üçün bu gün ölkəsinə qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Bolsonaronu hava limanında onun yüzlərlə tərəfdarı qarşılayıb.

Qeyd olunub ki, Bolsonaro ABŞ-ı tərk etməzdən əvvəl bildirmişdi ki, Braziliya müxalifətinin lideri olmaq kimi bir planı yoxdur.

Xatırladaq ki, seçkilərdə məğlub olan Bolsonaro ötən ilin dekabrında ABŞ-a getmişdi.

Braziliyanın Ali Məhkəməsi isə Bolsonaronun ölkədə iğtişaşlarla bağlı istintaqa cəlb olunmasına razılıq verib və onun barəsində bir neçə iş üzrə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR

28 Mart 2024