• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Narkokuryerlik edən şəxs saxlanıldı - FOTO

HADİSƏ

01 Mart 2024 | 16:20

Narkokuryerlik edən şəxs saxlanıldı - FOTO

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən Yevlax rayonu sakini saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı saxlanılan şəxs - əvvəllər məhkum olunmuş Surac Mahmudovdan 1 kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib.

Qeyd edilib ki, araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.


SON XƏBƏRLƏR

26 Iyul 2024