• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Saxalində qar uçqunu xəbərdarlığı 

DÜNYA

13 Fevral 2024 | 09:06

Saxalində qar uçqunu xəbərdarlığı

Cənubi Saxalinin doqquz rayonunda qar uçqunu xəbərdarlığı edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Saxalin Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamentinin saytında məlumat verilib.

Sinoptiklərin məlumatına görə, xəbərdarlıq fevralın 13-14-də qüvvədədir.

Departamentdən bildirilib ki, Xolmski, Nevelski, Dolinski, Anivski, Yujno-Saxalinski, Uqleqorski, Makarovski, Korsakovski və Tomarinski şəhər rayonlarında qar uçqunu təhlükəsi hələ də qalır.    

Saxalinin qalan hissəsində tək-tək uçqunlar ola bilər, ekspertlər xəbərdarlıq edib.

Qeyd edək ki, yanvar bölgədə fövqəladə vəziyyət elan edilib. Adanın cənubunda Yujno-Saxalinsk - Oxa federal magistralında yolların hissələri bağlanıb, avtobus marşrutları ləğv edilib və hava limanı bağlanıb.

Günəş Mərd

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026