Seçki Məcəlləsinə dəyişiklik edilir.
Bakıvaxtı.az xəbər verir ki, dəyişikliklə məcəllədəki “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz olunur.
Dəyişiklik layihəsi Azərbaycan Prezidentinin 2023-cü il 8 aprel tarixli 2089 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Belə ki, həmin bənddə qanunların və Azərbaycan Prezidentinin aktlarının “Media haqqında” qanuna uyğunlaşdırılması tapşırılıb.
Beləliklə, layihədə təqdim olunan dəyişikliklər təklif olunan qanunların “Media haqqında” qanuna uyğunlaşdırılmasının təmin edilməsini nəzərdə tutur.
















