• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Şəhid hərbçimiz dəfn olundu

CƏMİYYƏT

17 Iyun 2021 | 13:16

Şəhid hərbçimiz dəfn olundu

Dövlət Sərhəd Xidmətinin (DSX) avtomobil qəzasında şəhid olan hərbi qulluqçusu - gizir Kamallı Kamal Vilayət oğlu dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhid Şəki rayonunun Şəki kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, iyun ayının 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında MAZ markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu şəhid olublar.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026