• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Öldürən zəhər" - Metamfetamin - ARAŞDIRMA

CƏMİYYƏT

17 Iyul 2021 | 11:27

"Öldürən zəhər" - Metamfetamin - ARAŞDIRMA

Hazırda Azərbaycan gəncini məhv edən ən güclü vasitə narkotikdir. Xüsusilə “öldürən zəhər”, “ölümə ən tez aparan narkotik maddə” kimi tanınan və qara bazarda “patı” adı ilə satıla bu maddə dünyanın ən təhlükəli narkotik vasitəsi hesab olunur. Bəs bu maddə ilk dəfə harda nə üçün yaranıb? İnsanı diri-diri necə məhv edir?

Bakıvaxtı.az xəbər verir ki, “öldürən zəhər” adlandırılılan metamfetamin maddəsi ilk dəfə 1893-cü ildə yaponiyalı kimyaçı Nagai Nagayoshi tərəfindən efedrindən sintez edilərək hazırlanıb. Bəzən ona “ölümə ən tez aparan narkotik maddə” də deyirlər."Metamfetamin" termini bu yeni qarışığın kimyəvi quruluşundan irəli gəlir: metil alfa-metil fenetilamin.

Əslində, bu maddəni II Dünya Müharibəsində əsgərləri oyaq saxlamaq üçün istifadə edirmişlər. Ancaq 1970-ci il müharibədən sonrakı dövrdə ABŞ tərəfindən qadağan edilsə də met istifadəsi ciddi dərəcədə artmışdır. Elm adamları ilk olaraq efedra bitkisinə süni alternativ olaraq metamfetamin kimi amfetamin tipli stimulyatorlar hazırlayıblar. Efedra, ekstraktı ənənəvi Çin təbabətində 5000 ildən çoxdur istifadə olunan bir kol növüdür. 1885-ci ildə Almaniyada təhsil alan yapon kimyaçı Nagai Nagayoshi, efedrada aktiv kimyəvi maddəni müəyyənləşdirərək bu stimullaşdırıcı efedrin adını verib. 1919-cu ildə başqa bir yapon kimyaçısı Akira Ogata metamfetamin hazırlamağın asan yolun tapana qədər metamfetamin istehsalı on illər boyu çətin bir proses olaraq qalıb. Efedrini kristal halına salmaq üçün fosfor və yoddan istifadə edərək dünyada ilk kristal metini yaradıb.

Metamfetaminin küçə adları met, şüşə, kristal, buz, billur olaraq bilinməkdədir. Ən çox istifadə olunan adı isə met və şüşədir. Son dövrlər Azərbaycanda “patı” olaraq adlandırılır və ölkədə istifadəsi geniş yayılıb. Hətta qadınlar bu maddənin çəki atmaq xüsusiyyətinin olduğu yalanına inanıb istifadə edirmiş. İşin həqiqətində isə metin insanı arıqlatmağının başqa səbəbi var.

Yuxarıda qeyd etdiyim kimi, metamfetamindən ilk dəfə İkinci Dünya Müharibəsində əsgərlərin oyaq qala bilməsi üçün istifadə edilib. Müharibə bitdikdən və illər keçdikdən sonra metamfetaminin insanlarda asılılıq yaratdığı aşkar olunduqdan sonra 1970-ci ildən etibarən nəzarətdə saxlanılmalı olan maddələr sıyahısına əlavə olunub. Metamfetamin sintetik bir maddədir. Bu maddə asan hazırlandığı və qısa müddətdə asılılıq yaratdığı üçün bir çox ciddi problemlərin yaranmasına səbəb olur. Metamfetamin beyinin funksiyasını pozub depressiyaya yol açır. Heroin və kokaindən daha çox asılılıq yaradan bir maddədir. Eyni zamanda, bu maddənin təsiri altında olan insanların ətrafdakılara qarşı aqressiv və riskli davranışlara meylliliyi artır. Metamfetamindən istifadə ağciyər ödəminə, beyin qanamasına, ürək çatışmazlığı və ürək tutması ilə bağlı ani ölümlərə səbəb olur. İlkin istifadə nəticəsində yuxu pozğunluğu, mədə ağrıları, ağız quruluğu, dişlərin sızıldaması, bədəndə titrəmə müşahidə edilir. Həmçinin bu növ maddədən mütəmadi istifadə edənlərin dişləri çürüməyə başlayır.Eyni zamanda, metamfetamindən asılı olan şəxslərdə dərilərinin altında böcək gəzməsi kimi halusunasiya halları tez-tez yaşanır.

Dünyanın ən təhlükəli narkotik vasitəsi olaraq qəbul edilməkdədir. Bu maddə ondan istifadə edənlərin fiziki və ruhsal güclərini ələ keçirən bir zəhərdir. Son illər dünyada sərhəd tanımadan “şüşə” istifadəçilərinin sayında sürətli artım müşahidə olunur. Bu vasitə ondan istifadə edənlərin həyatını məhv edir. Bu narkotik vasitə öz mənfi təzahürləri ilə tək istifadəçilərinin yox, onunla paralel ailə üzvlərinin də həyatını təhlükəyə atır. Metamfetamin beyində funksional dəyişikliklərə səbəb olur. Metamfetamin istifadəçinin ilk növbədə beyininə təsir edir. Belə ki, istifadəçi xəyallar görür, qeybdən səslər duyur və getdikcə özünə nəzarəti itirir. Uzun müddət metamfetamindən (şüşə) istifadə edənlərin beyinlərində dopamin hüceyrələri zərər görür və zamanla dopaminin səviyyəsi azaldığı üçün. Ciddi hərəkət pozğunluğu əmələ gəlir. Nəticə etibarı ilə metamfetamin (şüşə) ilk istifadədən sonra qısa bir müddətdə asılılıq yaradır və istifadə müddətində getdikcə daha çox dozada qəbul etmə ehtiyacına səbəb olur. Eyni zamanda, bu maddədən asılı olanlar zamanla bütün həzzalma hissiyatını itirir.

Metamfetaminin insana vurduğu zərərlər: Şiddətə meyilliliyi artırır, həddindən artıq çəki itkisinə, beyin qanaması, infarkt, ürək çatışmazlığı və yuxu pozğunluqlarına səbəb olur. Əlavə olaraq, dəridə iltihablar yaradır, mədə kramplarına, bədənin temeraturunu azaldaraq üşüməyə səbəb olur və ya temperaturu artırır. Dişləri çürüdür, halusinasiyalar, kabuslar yaradır, xəyali səslər eşidilməsinə, ağızda quruluğa və ürək bulantısına səbəb olur. Həmçinin,yaddaş itkisi və qan təzyiqinin artımı da müşahidə olunur. Əhval-ruhiyyənin pozulması kimi bir çox başqa simptomları da var. Metamfetamin əsasən narkolepsiya və astma üçün tibbi müalicə üsulu kimi istifadə edilir. Başqa formada istifadəsi faciələrə yol açır.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026