• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Zaqatala sakinlərindən 10 kq narkotik götürülüb

CƏMİYYƏT

16 Avqust 2021 | 10:42

Zaqatala sakinlərindən 10 kq narkotik götürülüb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri - Elvin Həsənov və əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş Vüsal Albuşov saxlanılıb. Sonuncunun Göyəm kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman oradan 10 kiloqramdan artıq marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Uşaqlıq dostları olan saxlanılan şəxslər ifadələrində həmin narkotik vasitəni də bir müddət əvvəl becərdikləri çətənə kollarından yığdıqlarını və qurutmaq üçün kirayədə yaşadıqları evdə sərdiklərini bildiriblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, V.Albuşov və E.Həsənovun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Zaqatala sakinlərindən 10 kq narkotik götürülübZaqatala sakinlərindən 10 kq narkotik götürülübZaqatala sakinlərindən 10 kq narkotik götürülübZaqatala sakinlərindən 10 kq narkotik götürülüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026