İki gün əvvəl Finlandiyada 2 yaşdan yuxarı sağlam uşaqlara sınaq üçün Pfizer vaksini vurulacağı haqqında xəbər çıxıb. Belə ki, əgər sınaq üçün Pfizer vaksini vurulan uşaqlarda əks təsir olmasa, azyaşlılara kütləvi şəkildə vaksin vurulmağa başlanıcalaq. Koronavirus uşaqlara yoluxmadığı halda niyə bütün dünyada uşaqlara vaksin vurulması ilə bağlı müzakirələr gedir? Vaksinin tərkibindəki maddələr uşaqlara əks təsir edə bilməz?
Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a danışıb:
"Hazırda həm uşaqlarda, həm də böyüklərdə istifadə olunan dərmanlar, vaksinlər 1-2-3-cü faza araşırmalarından keçdikdən sonra insan üzərində tədbiq olunmağa başlayır. Bu vaksin də, hər halda bu araşdırmalardan keçib. İndi sonuncu mərhələ uşaqlar üzərində aparılmalıdır. Bu, mütləqdir. Yəni hər halda əvvəlki araşdırmalarda bunun uşaqlar üçün təhlükəsiz olduğu müəyyənləşib ki, indi son mərhələ araşdırma aparılır. İndiyə qədər uşaqlara vurulan peyvəndlər və istifadə olunan dərmanlar da bu formada sınaqdan keçirilib. İndi də vaksinin uşaqlar üzərində sınaqdan keçirilməsi pis bir şey deyil. Düzdür, hazırda uşaqlara vaksin vurulmasına ehtiyac olduğunu düşünmürük, amma bilmək olmaz, gələcəkdə uşaqlar arasında daha tez yayılan bir ştam ola bilər. Bu zaman uşaqlar arasında təcili peyvəndlənməyə ehtiyac ola bilər. Bunu sadəcə misal olaraq dedim, belə bir şey olacağını düşünmürəm. Ancaq belə bir şeyin olması normaldır."
Aytac Aslan
















