Bu gün bilik günüdür. Hamınızı bu möhtəşəm bayram münasibəti ilə təbrik edirəm.
Bu bayram həm də dünya müsəlmanlarının bayramıdır. Çünki, elmə və təhsilə ən yüksək dəyəri məhz islam dini verib.
Bu ilki Bilik bayram əvvəlki illərdəki bayramlardan tam fərqlidir. Nəhayət ki, itirilmiş torpaqlarımızı düşməndən geri aldıq. Qılıncla, topla, tüfənglə yox, Türk qardaşlarımızla birgə, onların qardaşlıq köməyi ilə, elm tutumlu, müasir texnoloji silahlardan istifadə edərək Zəfər çaldıq.
Hərb tariximizdə ilk dəfə olaraq müasir texnologiyalardan istifadə edərək, Möhtəşəm Zəfər çalardıq, qalib olduq. Şükür!
Dünya hərb tarixində, İslam tarixində bu bir unikal hadisə idi. Bu qələbəni, bu sevinci bizə yaşadanların qədrini bilək. Müttəfiqlərimizin dəstəyini unutmayaq!
Nəhayət, elmin, alimin, mühəndisin, texnologiyanın qədrini bilək.
Bilik xammaldır, elm isə istehsal sahəsi, texnoloji prosesdir. Bu istehsal sahəsi, bu proseslər həm insan beynində, həm elmi mərkəzlərdə, həm universitetlərdə, institutlarda ola bilər.
Elm köhnə biliklərdən yeni biliklər, innovasiyalar yaratma prosesidir. Bu yeni bilikləri yaratmaqla birgə, həm də bu bilikləri kommersiyalaşdıra bilsək, transfer edə bilsək çox gözəl olar. Yəni bu yeni biliklər nə vaxtsa dünya bazarında Amerikadan, Avropadan, Çindən, Yaponiyadan yox, məhz bizdən yüksək qiymətə alınsa, deyərdik ki, bax indi müstəüilliyimiz əbədidir. Özümüzü dünyaya yaxşı mınada tanıtdıq! Onda, deyərdik ki, "nə mutludur azərbaycan dövləti, xalqı, elmi, alimi". İnşaAllah o gün də gələr. Amma bundan ötəri elm və təhsilimizə xüsusi dəyər, diqqət verməliyik, bu sahələrin büdcəsini dəfələrlə artırmalıyıq. Bu günə qədər olan büdcə ilə heç nə etmək mümkün olmadı, mümkün ola da bilməzdi. Həm də, çörəyi pinəçiyə yox, məhz çörəkçiyə verməyə ağlımlz, fərasət və bəsirətimiz olmalıdır. Vətən müharibəsində əldə etdiyimiz qələbəmiz bir daha göstərdi ki, idmana, əyləncəli festivallara, mənasız şoulara qoyulan milyardlar küləklə getdi, səhrada itdi. Bunlara ümid olan ölkə ac qalar, düzdə qalar, müflis olar. Qarabağ Zəfərimiz isə göstərdi ki, elmə, texnologiyaya qoyulan pullar 100 qat artıqlaması ilə geri dönür.
QÜVVƏT ELMDƏDİR, BAŞQA CÜR HEÇ KƏS, HEÇ KƏSƏ ÜSTÜNLÜK ELƏYƏ BİLMƏZ!
BİLİK gününüz MÜBARƏK!
Dos. İlham Əhmədov
Bakıvaxtı.az















