• Bakı 17° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Lənkəranda avtomobillə vurulan piyada ağır xəsarət alıb

CƏMİYYƏT

15 Avqust 2021 | 20:05 | Müəllif: Subhan Mahmudov

Lənkəranda avtomobillə vurulan piyada ağır xəsarət alıb

Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xanbulan kəndi ərazisində baş verib.

Belə ki, “Xəzər Lada” markalı avtomobili idarə edən 1997-ci il təvəllüdlü Samid Ramazan oğlu Xudatlı, yolu keçən həmkəndlisi 1994-cü il təvəllüdlü Süsən Mirtağı qızı Babayevanı vurub.

Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bel fəqərə sümüyünün sınığı diaqnozu qoyulub. S.Babayevanın müalicəsi üçün Bakıya Travmatologiya İnstitutuna göndərilməsi planlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR