• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şəkidə “Range Rover” yandı

HADİSƏ

06 Sentyabr 2023 | 17:19

Şəkidə “Range Rover” yandı

Şəkidə “Range Rover” yanıb.

Bakıvaxtı.az xəbər verir ki, saat 16:30-da Şəki şəhəri, M. F. Axundov prospektində baş verib. 2000-ci il təvəllüdlü Elvin Bayraməli oğlu Qədirlinin idarə etdiyi “Range Rover” markalı 99 HB 090 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026