• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Füzulidə “Mercedes” hasara çırpıldı: Ölən var

HADİSƏ

06 Oktyabr 2023 | 08:35 | Müəllif: Qalib İbrahimoğlu

Füzulidə “Mercedes” hasara çırpıldı: Ölən var

Füzuli rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Füzuli rayonunun Əhmədbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR