• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şağanda 53 yaşlı kişinin qətli ilə bağlı YENİ DETALLAR

HADİSƏ

03 Noyabr 2023 | 21:46 | Müəllif: Subhan Mahmudov

Şağanda 53 yaşlı kişinin qətli ilə bağlı YENİ DETALLAR

Noyabrın 1-də Xəzər rayonunun Şağan qəsəbəsində 53 yaşlı Cavanşir Abdullayevin güllələnərək qətlə yetirildiyi hadisənin bəzi təfərrüatı üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub.

Belə ki, C.Abdullayev Pərvizin əmisinin qudası imiş. Mərhum C.Abdullayev quyu qazan texnikanın sürücüsü kimi, P.Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstərirmiş.

"Xəzər Xəbər"in yaydığı iddiaya görə, C.Abdullayevin oğlu bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Bu səbəbdən onların arasında münaqişə yaranıb. Münaqişə zəminində 38 yaşlı kişi həmin oğlanın atasını "Revolver" tipli tapança ilə güllələyərək qətlə yetirib. O, daha sonra könüllü şəkildə polisə təslim olub./qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026