• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Nizamidə 45 yaşlı kişini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB

HADİSƏ

03 Dekabr 2023 | 09:22

Nizamidə 45 yaşlı kişini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB

Dekabrın 2-si saat 23:30 radələrində paytaxtın Nizami rayonu ərazisində 1978-ci il təvəllüdlü Rasim Zamanovun öldürülməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həsən Həsrətov iş üzrə şübhhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

 

09:00

Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən R.Zamanovun qayını, 1980-ci il təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 

00:45

Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bkıvaxtı.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.


SON XƏBƏRLƏR

26 Iyul 2024